Modern.az

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

24 Yanvar 2017, 11:20

2016-cı ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 12965,5 milyon manat, xərcləri 13927,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, büdcənin icrasında 961,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,8 faizi qədər kəsir yaranıb.

Daxilolmaların 24,6 faizi əlavə dəyər vergisi, 13,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 8,1 faizi fiziki şəxslərin gəlir vergisi, 4,4 faizi aksizlər, 10,3 faizi digər vergilər, 38,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 24,8 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 16,5 faizi ümumi dövlət xidmətləri, 14,4 faizi sosial müdafiə və sosial təminat, 14,7 faizi təhsil və səhiyyə sahələrinin, 29,6 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi