Modern.az

Təhsil alanların STATİSTİKASI: Xaricdəki və ölkədəki tələbələrimiz, şagirdlərimiz...

Təhsil alanların STATİSTİKASI: Xaricdəki və ölkədəki tələbələrimiz, şagirdlərimiz...

24 Yanvar 2017, 11:24

Hazırda Azərbaycanda fəaliyyət göstərən 1 656 dövlət və 66 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 117 min uşaq və ya 1-5 yaşlı uşaqların 14,0 faizi tərbiyə alır.

Bu barədə Dövlət Statistika Komitəsindən Modern.az-a məlumat verilib.

Hesabata qeyd olunub ki, bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972-si ali, orta ixtisas və orta təhsilə malikdir.

2016/2017-ci tədris ilinin əvvəlinə ölkənin 4 427 dövlət və 25 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,5 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilən xüsusi siniflər fəaliyyət göstərib.

Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 14,5 faiz olub.

2016/2017-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 68,9 min nəfərdən artıq olan 101 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib.

Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 593 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 90,1 min nəfər şagird təhsil alır.

2016-cı ildə əyani ümumi təhsil müəssisələrini bitirən 86,8 min nəfər məzundan 86,3 min nəfəri və ya 99,4 faizi tam orta təhsil haqqında attestat alıb.

Hesabata əsasən, 2016/2017-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 55 orta ixtisas təhsil müəssisəsində 51 702 tələbə təhsil alıb, onların üçdə iki hissəsini qadınlar təşkil edib.

Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 38 dövlət və 13 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 21 elmi təşkilatda təhsil alanların sayı 163 779 nəfər olub ki, onların da 48,3 faizini qadınlar təşkil edib.

Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 61,2 faiz olub ki, onların da 87,9 faizi dövlət ali təhsil müəssisələrinin payına düşüb.

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 39,2 faizi təqaüd alır.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 63 xarici ölkənin 4 238 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edirlər.

2016/2017-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2197 nəfər təşkil edib.

Xaricdə təhsil alan gənclərin 63,0 faizi Bakı, 37,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya, Rusiya və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi