Modern.az

Qafqaz Universitetinin bağlanması abituriyentlərin seçiminə necə təsir edəcək?

Qafqaz Universitetinin bağlanması abituriyentlərin seçiminə necə təsir edəcək?

24 Yanvar 2017, 11:45

Qafqaz Universitetinin fəaliyyətini dayandırması onu deməyə əsas verir ki, 2017-2018-ci tədris ili üçün ali məktəblərdə təhsil alacaq məzunların universitet seçimində çətinlik yarana bilər.  

 

Belə ki, əvvəlki illərdə ali məktəblərə qəbul zamanı abituriyentlərin bir qismi Qafqaz Universitetinə üstünlük verirdi. Onların arasında yüksək bal toplayanlar da var idi. 

Məlumatlara görə,  adıçəkilən universitet tələbələrin hərtərəfli təhsil almalarına, onların işlə təmin edilməsinə geniş şərait yaradırdı.

Bəs bundan sonra necə olacaq?

 

Təhsil eksperti Şahlar Əsgərov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

 

“Azərbaycanda yaxşı universitetlər çoxdur. Amma gələcəkdə yüksək bal toplamış məzunların hansı universitetləri seçəcəyini tam deyə bilmərəm. Hər halda, yüksək bal toplamış məzunlar çöldə qalmayacaq. Hansısa universitetdə təhsil alacaqlar. Qafqaz Universitetindən sonra sıralamada 2-ci, 3-cü, 4-cü yerdə olan universitetlər gəlirdi. Çox güman ki, yüksək bal toplamış tələbələr də Qafqaz Universitetindən sonra sıralamada dayanan universitetləri seçəcəklər”.

Ekspert, Qafqaz Universitetinin fəaliyyətinin dayandırılmasını qəbul etmədiyi də də bildirib.

 

“Əsas məsələ budur ki, Qafqaz Universiteti Azərbaycan ali təhsil sistemində bir nömrəli yaxşı universitetdir. Onu sıradan çıxartmaqla,  fəaliyyətinin dayandırılmasına qərar verilməsini  bəyənmirəm. Təbii ki, bu, şəxsi fikrimdir. Çox arzu edərdim ki, belə universitetlərin sayı çox olsun.

 

Əgər hansısa universitet tələbə yığa bilmirsə, yaxud da qabaqda gedəni sıradan çıxarırsa, bu, çox neqativ haldır. Bunu qətiyyən müdafiə edə bilmərəm. Yaxşı universiteti sıradan çıxarıb zəif universitetlərə tələbə yığmaq fəlsəfəsini qüsurlu fəlsəfə sayıram”. 

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir