Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a açıqlamasında deyib ki, digər qurumlar kimi, “Azəriqaz” da fərmandan irəli gələn məsələlərin həll olunmasına başlayacaq:
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin yaşayış yerlərində qaz sayğaclarının quraşdırılmasına başlanılacaq.
Sayğac quraşdırılacaq konkret mənzil sayına gəlincə, qurum rəsmisi bunun yaxın günlərdə açıqlanacağını bildirib.
Gülşən RAUFQIZI