Modern.az

Saakaşvilinin partiyasından gedənlər yeni fraksiya yaratdılar

Saakaşvilinin partiyasından gedənlər yeni fraksiya yaratdılar

24 Yanvar 2017, 12:21

Azər Süleymanov da həmin fraksiyanın üzvüdür

 

Gürcüstan parlamentinin bürosu qanunverici orqanda iki yeni fraksiyanın – “Milli hərəkat” və “Yaşıllar – gürcü arzusu”nun yaradıldığını açıqlayıb.

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, “Milli hərəkat” fraksiyasının yaradılması yanvar ayının əvvəlində keçmiş hakim “Vahid milli hərəkat” partiyasındakı parçalanmadan sonra zərurətə çevrilib.

Parçalanma nəticəsində liderlərin bir hissəsi, o cümlədən 21 deputat partiyadan gedib.

Beləliklə, Gürcüstanın qanunverici orqanında 10 fraksiya olacaq.

“Milli hərəkat” fraksiyasını “Vahid milli hərəkat”dan ayrılan 6 deputat – Roman Qotsiridze, o fraksiyanın rəhbəri olacaq, eləcə də Salome Samadaşvili, Tinatin Bokuçava, Nika Meliya, Koba Nakoliya və Azər Süleymanov formalaşdırırlar.

 

 “Yaşıllar-gürcü arzusu” fraksiyasına Gürcüstanın Yaşıllar Partiyasının keçmiş lideri Qeorqiy Qaçeçiladze rəhbərlik edəcək. Bu fraksiyaya hakim partiyadan majoritar sistemlə seçilən Zaza Qbuniya, İrakliy Abuseridze, Dmitri Mxeidze, Qeorqiy Breqadze  və Samvel Manukyan  daxildirlər.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi