Modern.az

Maşallah Əhmədov 50 min manatı ödəməyə söz verdi

Maşallah Əhmədov 50 min manatı ödəməyə söz verdi

24 Yanvar 2017, 12:41

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Modern.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M.Əhmədov son söz deyib.

Yanvarın 25-də zərərçəkmişə dəymiş ziyanın 50 min manatını ödəyəcəyini deyən M.Əhmədov məhkəmədən vaxt istəyib.

O deyib ki, qalan məbləği isə hər ay 500 manat olmaqla, 2 ilə ödəyəcək.

M.Əhmədovun şərti ilə razılaşmayan zərərçəkmiş Yusif Əzizov isə bildirib ki, o təqsirləndirilən şəxsə inanmır: "Mən neçə ildir, ona deyirəm ki, pulumu qaytarsın. Bu şərtlə razılaşıram ki, pulu ödəyənə qədər evini girov qoysun. Mənə M.Əhmədov 128 min manat ödəməlidir".

Məhkəmə yanvarın 25-dək təxirə salınıb.

 

M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı