Modern.az

Fəttah Heydərov: “Prezidentin məcburi köçkünlərə diqqəti göz önündədir”

Fəttah Heydərov: “Prezidentin məcburi köçkünlərə diqqəti göz önündədir”

24 Yanvar 2017, 12:48

“Azərbaycan Prezidenti bütün təbəqələrin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Lakin dövlət başçısının məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir”.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasındad eputat, Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov deyib.

O bildirib ki, 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi hadisələr nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızı Azərbaycan Prezidentinin qayğıları yaşadır və gələcəyə ümidləndirir.

 

“Ötən gün Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanı ölkəmizdə bu təbəqəyə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təbii ki, bu qayğı davamlı olacaq”.

F. Heydərov qeyd edib  ki, dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi-köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir