Modern.az

Komitə sədri qanunsuz tikililərin artma səbəbindən DANIŞDI

Komitə sədri qanunsuz tikililərin artma səbəbindən DANIŞDI

Aktual

24 Yanvar 2017, 13:32

“Bakıda və Abşeron yarımadasında tikilən qanunsuz evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunurlar.  Ancaq bu tikililər rəsmiləşdirilməyiblər”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.  

Komitə sədri bildirib ki, bu  qanunsuz tikililərlə bağlı problemin əsas səbəbi isə bələdiyyələrin öz səlahiyyətlərini və ərazi sərhədlərini müəyyənləşdirə bilməməsi ilə bağlıdır.

 “Çünki bələdiyyə bilməyib ki, torpaq ona, yaxud, başqa bələdiyyəyə və ya hansısa quruma  məxsusdur… Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb.  Bələdiyyənin ərazisi dəqiqləşdirilib,  xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yaxud, ərazisi deyil. Xəritələr müəyyənələşəndən sonra bu problemlərin həlli daha asan olacaq”.

Arif Rəhimzadə deyib ki,  indiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi, satması halları olub.

“Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, bir çox bələdyyələr indiyə qədər əraziləri haradır, xəritələri harada başlayır, harada qurtarır, bu barədə məlumatları yoxdur ”.
 

Komitğə sədri bələdiyyələrin xəritələrinin əksəriyyətinin hazırlanaraq, Reyestr Xidmətinə verildiyini  qeyd edib.

 “Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikə bilərlər”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!