Modern.az

Beş mövzu əsasında yazılı imtahan özünü doğrultmursa?..

Beş mövzu əsasında yazılı imtahan özünü doğrultmursa?..

24 Yanvar 2017, 14:01

Könül AYDIN Nəhmətova
filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan ədəbiyyatı tarixi fənninin ümumi kursunun 45 saatlıq tədrisinin tələbə nəticələrinin qiymətləndirilməsi  prosesi olan beş mövzu əsasında yazılı imtahandan bir həftə keçməsinə baxmayaraq, hələ də indicə qiymətləndirib yoxlama zalından çıxmış kimi hiss edirəm özümü. İlk dəfədir ki, tələbələrin gündəlik dərsə hazırlıqları ilə imtahan nəticələri arasında belə kəskin fərqlə qarşılaşdım. Tələbələrin akademik bilikləri ilə yazı nəticələri üst-üstə düşmədi. Əlbəttə ki, auditoriyaya ən yaxın bir adam kimi bunun səbəbini yalnız müəllim daha doğru müəyyənləşdirə bilər.


Tədris-təlim prosesində tələbələri müxtəlif üsullarla – esse yazdırmaqla, test üsulu ilə, təqdimat üsulu ilə, sərbəst mövzu üzərində çalışdırmaqla, əslində, nəticənin məqsədəmüvafiq olmayacağını müşahidə edirdim, lakin bu qədər kəskin fərqlə deyil. Demə, tələbələrin akademik yazı bacarıqalrı mən təsəvvür etdiyimdən də aşağı səviyyədə imiş. Bunun səbəbini isə müşahidələrimə əsaslanıb yüksək ehtimalla orta məktəbdə yeniyetmələrin son siniflərdə əzbərçiliyə hədəflənmiş öyrənmə vərdişlərində görürəm. Lakin nəticənin nədən və necə asılı olmasımna baxmayaraq hər bir problemin həlli yolu mütləq olmalıdır. Qiymətlərindən narazı qalan tələbələr və təlim nəticələrindən xəyal qırıqlığına uğramış müəllim – hər iksi problem qarşısındadır. Bu problemi yalnız tələbənin çiyninə yükləyib kortəbii şəkildə eyni uğursuz qiymətləndirmə üsuluna tabe olmaq çıxış yolu deyil.


İmtahan nəticələrini bir məsələ üzərində fokuslanıb təhlil etməyi daha mühüm hesab edirəm. Burada tamamilə zəif nəticə göstərənlərin deyil, ən yüksək nəticə göstərən, lakin daha artıq qiymətə layiq olduğunu iddia edən tələbənin və qiymətləndirən müəllimin mövqeyi qorunacaq.


Mən özümü müəllim kimi, haqlı bilirəm ki,  A4 vərəqi üzərində 2 səhifədə hər hansı bir mövzusunu əhatə etməyə çalışan tələbə orat məktəb dərsliyindən bir cümlə olsun  kənara çıxmayıb.  Lakin zaman və imkan məhdudiyyətini nəzərə alaraq mövzunu orta məktəb dərsliyinin əsasında ümuləşdirilmiş formada təqdim edən tələbə 9 balla qiymətləndirilir,  bu də hələ məüllimə görə şərti xarakter daşıyır. Çünki dərs prosesində verilən məlumatlar və şərhlər öz əksini tapmır. İki mövzunun tələbənin yuxarıda qeyd etdiyimiz məlumat bazası əsasında geniş təsvirindən sonra zamaının tükəndiyini görən tələbə məcbur olub üç mövzunu daha konkret yazır. Bundan sonra müəllim əlindəki sənədlə üz-üzə qalır. Tələbənin vəziyyətini nə qədər nəzərə almağa çalışsa da, sənədin əks etdirdiyi təlim nəticələri çərçivəsindən maksimum 3-4 balla kənara çıxa bilir.


Tələbə də haqlıdır ki, mövzuya dair məlumat xarakterli bilikləri ümumiləşdirməyi nəzərə alıb, qismən təhlil elementləri ilə mövzunu əhatə etdiyini düşünür. Lakin 10 ballıq qiymətləndirmə sistemi öz meyarlarını dəyişə bilmir. Müəllim vəziyyəti nə qədər anlasa da, bu meyarlardan çox uzaqlaşa bilməz.


Bəs nə etməli? Əgər beş mövzu əsasında yazılı imtahan forması özünü doğrultmursa, demək, qiymətləndirmə üsullarında islahat aparmaq lazımdır. Həm də bu islahatı xarici təcrübə əsasında deyil, mühitin içindən qaynaqlanan praqmatik yanaşmalar əsasında. Təcrübələrin tətbiqində bir ciddi məsələni nəzərdən kənarda saxlamq doğru olmaz ki, Azərbaycan hələ də təhsilə münasibətə görə spesifik ölkə olmaqdan qurtulmayıb. Ələttə ki, metodların yerli olmağı dünya standartlarına uyğunlaşmağa mane olmamamlıdır.


Bütün bunları nəzərə alaraq tədris etdiyim Azərbaycan ədəbiyyatı tarixi fənnindən tələbə nəticələrinin qiymətləndirilməsi üsulu kimi, aşağıdakı formanı  elmi-pedaqoji ictimaiyyətin müzakirəsi üçün təklif edirəm:

 

İmtahan suallarının forması:

  1. Fənnə dair 2 mövzunun elmi təhlili;
  2. Fənnə dair bir esse yazısı;
  3. Fənnin məzmununa daxil konkret bir problemin həlli əsasında 5 test (Bu, ədəbiyyat nümunələrindən seçilmiş mətn əsasında hazırlana bilər);
  4. Fənnin ümumi məzmununa aid sualları əhatə edən testlər (Ağırlıq səviyyəsi nəzərə alınaraq 5-10 ədəd çərçivəsində dəyişə bilər)


Hər sual bəndi 10 balla qiymətləndirilir.


Aşağı təlim nəticələrinin mühüm səbəblərindən biri kimi, tələbənin orta məktəbdə əzbərçiliyə əsaslanmış öyrənmə vərdişləri ilə akademik yazı bacarıqlarının uzlaşmamasında qeyd etdim. Ona görə də bu problemin aradan qaldılması yolu kimi, tələbələrə birinci kursun ilk semestrində akademik yazı fənninin sürətləndirilmiş tədrisini təklif edirəm.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir