Modern.az

İradə İsak efirə qayıdır - “Tor”

İradə İsak efirə qayıdır - “Tor”

24 Yanvar 2017, 15:07

Tanınmış teleaparıcı İradə İsak bir müddət fasilədən sonra yenidən efirə qayıdır.

Modern.az-ın BakiPost.az-a istinadən məlumatına görə, xanım aparıcı yeni layihəsi ilə Lider TV-də tamaşaçı qarşısına çıxacaq.

"Tor” adlı layihə hər həftənin cümə günü efirdə olacaq.

Faktı Lider TV-dən sayta təsdiqləyiblər. Bildiriblər ki, ilk veriliş yanvar ayının 27-si yayımlanacaq.

Qeyd edək ki, İradə İsak ANS-də yayımlanan "Deməsək olmaz” verilişinin aparıcısı idi. ANS televiziyasının fəaliyyətinə xitam verildikdən sonr jurnalist heç bir yerdə çalışmırdı.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...