21 iyul 2017, Cümə
Ana Səhifə - DÜNYA - Dövlət başçılarının xəstəlikləri - Kim nədən əziyyət çəkir? - MARAQLI
Dövlət başçılarının xəstəlikləri - Kim nədən əziyyət çəkir? - MARAQLI
24.01.2017, 15:09

Hər bir dövlətin başında dayanan şəxsin sağlamlıq durumu milli əhəmiyyətli məsələ sayılır və bu, ölkənin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Məhz buna görə, prezident və baş nazirlərin uzun müddət ictimaiyyət önündə görünməməsi müxtəlif şayiə və ehtimallara yol açır.

Bəzən prezidentlər sağlamlıq durumları ilə bağlı bütün məlumatları dərc edərək ictimai fikri sakitləşdirməyə çalışır, bəzən isə bu barədə məlumatları gizli saxlayaraq, şayiələrin daha sürətlə yayılmasına səbəb olurlar.
 

Dövlət rəhbərləri hansı xəstəliklərdən əziyyət çəkirlər, onların sağlıq durumlarındakı problemlər nə ilə əlaqədardı?

Modern.az saytı bəzi dövlət və hökumət başçılarının sağlıq durumları ilə bağlı üzləşdikləri problemlərə dair materialı təqdim edir.

Almaniya kansleri Angela Merkelin sağlamlığı ilə bağlı ciddi problemi məlum deyil. Amma 2013-cü ilin dekabrında Alp dağlarında xizək sürərkən Merkel yıxılaraq xəsarət almışdı. Həkimlər kanslerin çanaq sümüyünün bir neçə yerdən sındığını müəyyən etmişdi. Bundan sonra, Merkel müəyyən müddət müalicə almış və 10 kiloqram arıqlamışdı. Həkimlərin məsləhəti ilə o, uzun müddətdir ki, pəhriz saxlayır və alman rasionuna daxil olan ənənəvi məhsullardan – bulka, peçenye, piyli ət, sosiska və pendirdən imtina edib.
2014-cü il dekabrın 9-da ZDF və ARD  telekanallarına müsahibəsi zamanı Merkel yenə özünü narahat hiss etmişdi və çəkilişlər yarımçıq saxlanılmışdı. Sonradan rəsmlər bunu hökumət başçısının yorğunluğu ilə əlaqələndirmişdilər.

 

Böyük Britaniyanın yeni baş naziri Tereza Mey isə şəkərli diabetin 1-ci dərəcəsindən əziyyət çəkir. Bu xəstəlik onda 2012-ci ildə aşkar olunub. O hər gün insulin qəbul edir.

 

Rusiya prezidenti Vladimir Putinin sağlıq durumu ilə bağlı məlumatlar çox nadir hallarda mətbuata sızır. 2012-ci ildə “Reuters” agentliyi yüksək rütbəli məmura istinadən Putinin ağır xəstəlikdən əziyyət çəkdiyi bildirmişdi. Həmin ilin noyabrında Belarus prezidenti Lukaşenko Putinin oğurğa sümüyündəki ağrılara görə hokkey üzrə dostluq matçında iştirak edə bilmədiyini ictimaiyyətə açıqlamışdı.
2014-cü ildə isə “New York Times” qəzeti Rusiya prezidentinin mədəaltı vəzin xərçəngindən müalicə olunduğunu və bunun prezidentin Almaniyada xidmət zamanı şəxsən tanış olduğu alman həkim tərəfindən aparıldığını bildirmişdi.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mədə-bağırsaq sistemindəki problemlərindən əziyyət çəkir. Belə ki, 2011-ci ilin noyabrında və 2012-ci ilin fevralında onun bağırsağında 2 cərrahi əməliyyat keçirilib. Həmin vaxtdan sonra Türkiyə prezidentinin ciddi sağlıq problemləri müşahidə olunmayıb.    

 

Belarusun əvəzsiz prezidenti Aleksandr Lukaşenkonun da sağlıq durumu haqda məlumatlar gizli saxlanılır. Yalınz bir dəfə rəsmi səviyyədə prezidentin səhhəti ilə bağlı Mərkəzi televiziyada açıqlama verilmişdi. 2014-cü ilin noyabrına təsadüf edən həmin xəbərdə Lukaşenkonun diz oynağından əməliyyat olunduğu bildirilirdi. Rəsmi mənbələr Lukaşenkonun hokkey matçı zamanı zədələndiyini və əməliyyatın uğurla başa çatdığını bildirmişdilər.

 

Argentinanın ötən il seçilmiş yeni prezidenti Maurisio Makri isə tez-tez həkimlərə müraciət edir. Belə ki, 2016-cı ilin iyununda o, tennis matçı zamanı diz bağlarının dartılmasına görə cərrahi əməliyyata uğramışdı. Bundan başqa, Makrinin aritmiyadan (qan təzyiqi) əziyyət çəkdiyi və qabırğasında problemin olduğu bildirilir.

 

Latviya prezidenti Raymond Vayonis ötən ilin yanvarında ürəyindən əməliyyat olunmuşdu. Paytaxt Riqadakı klinikalardan birində baş tutan əməliyyat ölkə başçısında aşkar olunan virus infeksiyası ilə əlaqələndirilirdi.

 

Qırğızıstan prezidenti Almazbəy Atambayev ürək çatışmazlığından əziyyət çəkir. 2016-cı ilin sentyabrında prezidentin səhhəti qəfil pisləşmişdi. Bundan sonra, prezident 1 aya yaxın Türkiyədə müalicə almışdı.

 

Vüqar İSMAYILOV

              


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İran Küveytə  nota verdi
21.07.2017, 00:59

İran Küveytə  nota verdi

Türkiyə Almaniyanı terrorçulara dəstəkdə ittiham edir
21.07.2017, 00:46

Türkiyə Almaniyanı terrorçulara dəstəkdə ittiham edir

“Qəbələ”  Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib
21.07.2017, 00:26

“Qəbələ”  Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib

Paytaxtda gənc ana övladı ilə birgə itkin düşüb - VİDEO
21.07.2017, 00:14

Paytaxtda gənc ana övladı ilə birgə itkin düşüb - VİDEO

Məşhur rok qrupunun solisti intihar etdi
20.07.2017, 23:56

Məşhur rok qrupunun solisti intihar etdi

Gəncədə ağır qəza: ana öldü, övladı yaralandı
20.07.2017, 23:41

Gəncədə ağır qəza: ana öldü, övladı yaralandı

"İnter" növbəti mərhələyə keçə bilmədi
20.07.2017, 23:26

"İnter" növbəti mərhələyə keçə bilmədi

ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərini tanımır
20.07.2017, 23:10

ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərini tanımır

"Zirə" avroliqada mübarizəni dayandırdı
20.07.2017, 22:58

"Zirə" avroliqada mübarizəni dayandırdı

İsrail əsgərləri fələstinlini güllələyib
20.07.2017, 22:46

İsrail əsgərləri fələstinlini güllələyib

Rakkanın 30 faizi İŞİD-dən təmizlənib
20.07.2017, 22:30

Rakkanın 30 faizi İŞİD-dən təmizlənib

Duzdan çox istifadə etmək hansı xəstəliklərə səbəb olur? - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN
20.07.2017, 22:23

Duzdan çox istifadə etmək hansı xəstəliklərə səbəb olur? - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN

4 ildən bir çıxan qəzet - MARAQLI   
20.07.2017, 22:20

4 ildən bir çıxan qəzet - MARAQLI  

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi
20.07.2017, 22:13

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

Regionlarda elektron xidmətlərdən istifadə təşviq edilir
20.07.2017, 21:59

Regionlarda elektron xidmətlərdən istifadə təşviq edilir

Kanalda batan şəxsin cəsədi tapılıb
20.07.2017, 21:57

Kanalda batan şəxsin cəsədi tapılıb

Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
20.07.2017, 21:45

Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bərdə bazarında 12 mağaza yandı - Video
20.07.2017, 21:29

Bərdə bazarında 12 mağaza yandı - Video

Kral oğlunun həbsinə göstəriş verdi
20.07.2017, 21:13

Kral oğlunun həbsinə göstəriş verdi

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
20.07.2017, 20:57

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Küveyt İran səfirini ölkədən çıxarır
20.07.2017, 20:45

Küveyt İran səfirini ölkədən çıxarır

Qanunsuz ağac kəsən öldü
20.07.2017, 20:31

Qanunsuz ağac kəsən öldü

Paytaxtdakı qəza ilə bağlı rəsmi məlumat: Sürücülər sərxoş olmayıb
20.07.2017, 20:14

Paytaxtdakı qəza ilə bağlı rəsmi məlumat: Sürücülər sərxoş olmayıb

Ev verilən jurnalistlərin adları açıqlandı - SİYAHI, RƏSMİ
20.07.2017, 20:00

Ev verilən jurnalistlərin adları açıqlandı - SİYAHI, RƏSMİ

Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisi ilə görüşüb
20.07.2017, 18:58

Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisi ilə görüşüb

Şamaxıda minik avtomobilləri toqquşub, xəsarət alan var
20.07.2017, 18:47

Şamaxıda minik avtomobilləri toqquşub, xəsarət alan var

Prezident İlham Əliyev Firudin Hacıyevi ordenlə təltif edib
20.07.2017, 18:39

Prezident İlham Əliyev Firudin Hacıyevi ordenlə təltif edib

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı
20.07.2017, 18:30

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı

Azərbaycan prezidenti Belçika kralını təbrik edib
20.07.2017, 18:14

Azərbaycan prezidenti Belçika kralını təbrik edib

Müəllimlərin işə qəbulunda YENİLİK   
20.07.2017, 17:57

Müəllimlərin işə qəbulunda YENİLİK  

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
20.07.2017, 17:43

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

ADU-nun rektoru Kamal Abdulla Koreyanın səfiri ilə görüşüb
20.07.2017, 17:38

ADU-nun rektoru Kamal Abdulla Koreyanın səfiri ilə görüşüb

2017-ci ildə uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb
20.07.2017, 17:36

2017-ci ildə uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

Dolların sabahkı MƏZƏNNƏSİ
20.07.2017, 17:17

Dolların sabahkı MƏZƏNNƏSİ

Deputat prezidentə təşəkkür etdi
20.07.2017, 17:14

Deputat prezidentə təşəkkür etdi

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.51%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(65.1%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(4.54%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(3.03%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(25.7%)