Modern.az

Dövlət başçılarının xəstəlikləri - Kim nədən əziyyət çəkir? - MARAQLI

Dövlət başçılarının xəstəlikləri - Kim nədən əziyyət çəkir? - MARAQLI

24 Yanvar 2017, 15:09

Hər bir dövlətin başında dayanan şəxsin sağlamlıq durumu milli əhəmiyyətli məsələ sayılır və bu, ölkənin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Məhz buna görə, prezident və baş nazirlərin uzun müddət ictimaiyyət önündə görünməməsi müxtəlif şayiə və ehtimallara yol açır.

Bəzən prezidentlər sağlamlıq durumları ilə bağlı bütün məlumatları dərc edərək ictimai fikri sakitləşdirməyə çalışır, bəzən isə bu barədə məlumatları gizli saxlayaraq, şayiələrin daha sürətlə yayılmasına səbəb olurlar.
 

Dövlət rəhbərləri hansı xəstəliklərdən əziyyət çəkirlər, onların sağlıq durumlarındakı problemlər nə ilə əlaqədardı?

Modern.az saytı bəzi dövlət və hökumət başçılarının sağlıq durumları ilə bağlı üzləşdikləri problemlərə dair materialı təqdim edir.

Almaniya kansleri Angela Merkelin sağlamlığı ilə bağlı ciddi problemi məlum deyil. Amma 2013-cü ilin dekabrında Alp dağlarında xizək sürərkən Merkel yıxılaraq xəsarət almışdı. Həkimlər kanslerin çanaq sümüyünün bir neçə yerdən sındığını müəyyən etmişdi. Bundan sonra, Merkel müəyyən müddət müalicə almış və 10 kiloqram arıqlamışdı. Həkimlərin məsləhəti ilə o, uzun müddətdir ki, pəhriz saxlayır və alman rasionuna daxil olan ənənəvi məhsullardan – bulka, peçenye, piyli ət, sosiska və pendirdən imtina edib.
2014-cü il dekabrın 9-da ZDF və ARD  telekanallarına müsahibəsi zamanı Merkel yenə özünü narahat hiss etmişdi və çəkilişlər yarımçıq saxlanılmışdı. Sonradan rəsmlər bunu hökumət başçısının yorğunluğu ilə əlaqələndirmişdilər.

 

Böyük Britaniyanın yeni baş naziri Tereza Mey isə şəkərli diabetin 1-ci dərəcəsindən əziyyət çəkir. Bu xəstəlik onda 2012-ci ildə aşkar olunub. O hər gün insulin qəbul edir.

 

Rusiya prezidenti Vladimir Putinin sağlıq durumu ilə bağlı məlumatlar çox nadir hallarda mətbuata sızır. 2012-ci ildə “Reuters” agentliyi yüksək rütbəli məmura istinadən Putinin ağır xəstəlikdən əziyyət çəkdiyi bildirmişdi. Həmin ilin noyabrında Belarus prezidenti Lukaşenko Putinin oğurğa sümüyündəki ağrılara görə hokkey üzrə dostluq matçında iştirak edə bilmədiyini ictimaiyyətə açıqlamışdı.
2014-cü ildə isə “New York Times” qəzeti Rusiya prezidentinin mədəaltı vəzin xərçəngindən müalicə olunduğunu və bunun prezidentin Almaniyada xidmət zamanı şəxsən tanış olduğu alman həkim tərəfindən aparıldığını bildirmişdi.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mədə-bağırsaq sistemindəki problemlərindən əziyyət çəkir. Belə ki, 2011-ci ilin noyabrında və 2012-ci ilin fevralında onun bağırsağında 2 cərrahi əməliyyat keçirilib. Həmin vaxtdan sonra Türkiyə prezidentinin ciddi sağlıq problemləri müşahidə olunmayıb.    

 

Belarusun əvəzsiz prezidenti Aleksandr Lukaşenkonun da sağlıq durumu haqda məlumatlar gizli saxlanılır. Yalınz bir dəfə rəsmi səviyyədə prezidentin səhhəti ilə bağlı Mərkəzi televiziyada açıqlama verilmişdi. 2014-cü ilin noyabrına təsadüf edən həmin xəbərdə Lukaşenkonun diz oynağından əməliyyat olunduğu bildirilirdi. Rəsmi mənbələr Lukaşenkonun hokkey matçı zamanı zədələndiyini və əməliyyatın uğurla başa çatdığını bildirmişdilər.

 

Argentinanın ötən il seçilmiş yeni prezidenti Maurisio Makri isə tez-tez həkimlərə müraciət edir. Belə ki, 2016-cı ilin iyununda o, tennis matçı zamanı diz bağlarının dartılmasına görə cərrahi əməliyyata uğramışdı. Bundan başqa, Makrinin aritmiyadan (qan təzyiqi) əziyyət çəkdiyi və qabırğasında problemin olduğu bildirilir.

 

Latviya prezidenti Raymond Vayonis ötən ilin yanvarında ürəyindən əməliyyat olunmuşdu. Paytaxt Riqadakı klinikalardan birində baş tutan əməliyyat ölkə başçısında aşkar olunan virus infeksiyası ilə əlaqələndirilirdi.

 

Qırğızıstan prezidenti Almazbəy Atambayev ürək çatışmazlığından əziyyət çəkir. 2016-cı ilin sentyabrında prezidentin səhhəti qəfil pisləşmişdi. Bundan sonra, prezident 1 aya yaxın Türkiyədə müalicə almışdı.

 

Vüqar İSMAYILOV

              

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir