Modern.az

Yazıçılar Birliyi film çəkir: “Bu formatda, janrda bir ilkdir”

Yazıçılar Birliyi film çəkir: “Bu formatda, janrda bir ilkdir”

24 Yanvar 2017, 15:13

“Hazırda İLESAM-la birlikdə “Kağız qəbir” adlı filmin çəkilişi ilə məşğuluq. Film Xocalı soyqırımına həsr olunub. Azərbaycanda bu janrda, bu formatda çəkilən ilk film olacaq. Film Qubanın İkinci Nügədi kəndində ekranlaşdırılır. Aktyor və aktrisaların hamısı kastinq vasitəsilə seçilib.

 

Fevralın 25-də Ankarada  filmin çox  böyük təqdimatı keçiriləcək. Daha sonra Rusiya, Ukrayna və MDB-nin digər ölkələrində də bu davam edəcək. Hazırda Qubadan çəkiliş prosesindən qayıdırıq”.

 

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

 

Onun sözlərinə görə,  AYB-in qarşıdakı ay ərzində əsas layihələrindən biri elə bu filmdir.  Qurum rəsmisi görüləcək başqa işlərdən də danışıb:

““AYB kitab” layihəsi tam gücü ilə davam edir. Sonuncu buraxdığımız kitab Ədalət Əsgəroğlunun “Yamağın dadı” şeirlər toplusudur. İndi Əzim Əzimzadənin “Mənim səfərim” kitabını çap edirik. Həmçinin, bu aydan etibarən bütün “Araz” marketlər şəbəkəsində  Yazıçılar Birliyinin kitablarının və “Ulduz” jurnalının stendləri olacaq. Kitabları bu şəbəkədən əldə etmək mümkün olacaq”.

 

Xəyal Rza gələcəkdə baş tutacaq internet televiziyasından da bəhs edib:

 

“Bilirsiniz ki, internet televiziyası çox böyük maddiyyat tələb edən işdir. Dəstək üçün söz verən bir neçə qurum yardım etsə, o zaman AYB TV layihəsi baş tutacaq”.

 

E.Nazimoğlu

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir