Modern.az

““WİFİ” parolunu oğurlamaq haramdır”

““WİFİ” parolunu oğurlamaq haramdır”

24 Yanvar 2017, 15:47

Bildiyimiz kmi İslam dinində oğurluq əməli haram sayılır. Müasir dövrümüzdə də digər məsələlərlə yanaşı, “WİFİ” parollarını sındırıb, internetdən istifadə edənlər də var.

Bir sözlə “WiFİ” oğruları.

Dini baxımdan bu məsələ haram sayılır ya yox?

 

Məsələ ilə bağlı Modern.az saytına ilahiyyatçı Elşad Miri açıqlama verib.

Elşad Miri bütün oğurluq əməllərinin haram sayıldığını bildirib.

 

“Müasir dövrümüzdə edilən oğurluqların da hamısı haramdır. Bu gün təkcə “WİFİ” parollarının oğrularına da rast gəlinmir. Əgər bu gün kompüterə gəlib kimsə, ofis proqramları yazırsa və bu kələkdirsə o da oğurluqdur. Çünki həmin adam “Microsoft” şirkətindən oğurluq edib. Ümumiyyətlə bu gün Azərbaycanda çox az yer var ki, orada ofis proqramları orjinaldır. Ona görə də belə oğurluqların hamısı haramdır. İstər müasir, istərsə də klassik mənada”.

 

İlahiyyatçı deyib ki, oğurluq həm günah, həm də cinayətdir.

 

“Çünki bu gün hər hansı bir qanunsuz iş cinayət sayılırsa,  bununla bağlı dövlətin Cinayət Məcəlləsində müəyyən maddələri varsa, həmin o məsələ İslama da aiddir. İslamdan kənarda deyil”.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...