Modern.az

Əhliman Əmiraslanov Elmlər Akademiyasında Ümumi yığıncaq keçirdi

Əhliman Əmiraslanov Elmlər Akademiyasında Ümumi yığıncaq keçirdi

24 Yanvar 2017, 15:58

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının   Biologiya, Tibb, Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası, Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuralarının AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə Ümumi yığıncağı keçirilib.

 

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

 

Sonra elmi şuraların 2016-cı ildəki fəaliyyətinə dair hesabatlar dinlənilib, Bölmədə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsi, elmi əməkdaşlığın və əlaqələndirmə işinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

Ümumi yığıncaqda Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası problemləri üzrə Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək 14 dekabr 2016-cı il tarixində AMEA-nın Rəyasət Heyətinin iclasında akademik Əhliman Əmiraslanovun “Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” adlı məruzəsində və bu məruzə ilə bağlı AMEA-nın Rəyasət Heyətinin qərarında əks olunmuş prioritetlər və onlardan irəli gələn vəzifələr haqqında məlumat verib. Qeyd edilib ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əsas elmi istiqamətlərinin işlənilib hazırlanmasında həmin qərar baza rolunu oynayıb. Aparılan geniş müzakirələr nəticəsində Bölmənin yaxın perspektivdə fəaliyyətinin əsası olacaq üç elmi istiqamət seçilib, yeni problemlər və mövzular müəyyənləşdirilərkən bu istiqamətlərin əsas götürülməsi tədqiqat institutlarına tövsiyə edilib.

 

Tədbirdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, akademik İradə Hüseynova AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində 2016-cı ildə aparılmış tədqiqatların Bölmənin illik hesabatına daxil ediləcək ən mühüm nəticələri barədə məlumat verib. Nəticələr geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.

 

AMEA-nın müxbir üzvü Nuru Bayramov əlaqələndirmə işinin yaxşılaşdırılmasında elektron elmin rolundan, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və problem şuralarının saytları ilə bağlı planlardan danışıb.

 

Sonda elmi tədqiqatlarda multidissiplinarlığın getdikcə artması nəzərə alınaraq, şuraların Bölmə ilə birgə iclaslarının keçirilməsinin mütəmadi xarakter alması tövsiyə olunub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi