Modern.az

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı artıb

 Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı artıb

24 Yanvar 2017, 16:36

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı artıb.

Müdafiə Sənayesi Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu barədə nazir Yavər Camalovun sədrliyi ilə keçirilən 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 2016-cı ildə nazirliyin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub.

Hesabat ilində sifarişçilərə təhvil verilmiş məmulatlardan - pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını və s. göstərmək olar.

2016-cı ilin Yaradılma Proqramına əsasən nazirliyin müəssisələri tərəfindən daxili imkanlar hesabına 4 məmulat, 53 mərhələ üzrə təcrübi-konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub.

Kollegiyada bildirilib ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisi kimi “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisini də yüksək səviyyədə təşkil edib. İlk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafə Sənayesi Nazirliyi “ADEX-2016” sərgisində 260 adda məmulat nümayiş etdirib.

 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır