Modern.az

“Reklam haqqında” qanuna hansı dəyişiklik olacaq?

“Reklam haqqında” qanuna hansı dəyişiklik olacaq?

24 Yanvar 2017, 16:44

“Reklam haqqında”qanuna dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlanıb və Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilib.

Modern.az-ın məlumatına görə, bununla əlaqədar “Reklam haqqında”qanuna yeni bəndlərin əlavə edilməsi təklif olunur.

Qanunun 4.5 maddəsinə görə, reklamda əmtəənin dövlət və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində yaxud asılılığında olan kommersiya və qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar və ya onların vəzifəli şəxsləri tərəfindən dəstəklənməsinə yol verilmir.

Dəyişiklik layihəsinə əsasən qanunun 4.5-ci maddəsinə “publik hüquqi şəxslər” sözü əlavə ediləcək.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır