Modern.az

Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi

 Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi

24 Yanvar 2017, 17:07

Bakıda daha 5 marşrut xəttinin dayanacağı dəyişdirilib.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Belə ki, yanvarın 24-dən etibarən Dəmir Yolu Vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar, Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb. Bununla əlaqədar, müntəzəm sərnişindaşıma ilə məşğlul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilib.

Belə ki, edilmiş müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanacağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarşısı müəyyən edilib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır