Modern.az

Müflisləşmə və iflas haqqında” qanundan Mərkəzi Bankla bağlı bənd çıxarılır

“Müflisləşmə və iflas haqqında” qanundan Mərkəzi Bankla bağlı bənd çıxarılır

24 Yanvar 2017, 17:20

“Müflisləşmə və iflas haqqında”qanuna dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlanıb və Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilib.

Modern.az-ın məlumatına görə, bununla əlaqədar “Müflisləşmə və iflas haqqında”qanuna yeni bəndlərin əlavə edilməsi təklif olunur.

Qanunun 2.2 maddəsinə görə, bu qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir.

Qanun Azərbaycan Mərkəzi Bankına şamil edilmir. Səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında”  qanunlar tələbləri nəzərə alınmaqla müflis elan edilir.

Dəyişiklik layihəsinə əsasən, qanunun 2.2-ci maddəsindən “Azərbaycan Mərkəzi Bankı” sözü çıxarılaraq,  “publik hüquqi şəxslər” sözü əlavə ediləcək.

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir