Modern.az

Banklara 50 və 100 manatlıq əsginasların verilməsi üzrə tariflər artırıldı

Banklara 50 və 100 manatlıq əsginasların verilməsi üzrə tariflər artırıldı

24 Yanvar 2017, 18:16

Azərbaycan Mərkəzi Bankı banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə ölkədə bank sektoruna yaxın mənbə məlumat verib.

Məlumata görə, müvafiq qərarın olduğu məktub bütün banklara göndərilib.

 

Məlumatda deyilir: “Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır