Modern.az

Diş pastası və saqqızda ölüm komponenti aşkar edildi

Diş pastası və saqqızda ölüm komponenti aşkar edildi

24 Yanvar 2017, 19:17

Fransa və Lüksemburqdan olan qastroenteroloqlar  diş pastalarının  və saqqızların əksəriyyətinin tərkibində E171 (titan dioksidi) qida boyaq maddəsinin olduğu haqda xəbərdarlıq ediblər.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, alimlərin fikrincə, dioksid titan kontseroqena, daha doğrusu, xərçəngin inkişafına səbəb ola bilər.

Mütəxəssislər bu qənaətə siçanlar üzərində apardıqları eksperiment nəticəsində gəliblər.

Gəmiricilərə 100 sutka ərzində E171 suyu verilib. Nəticədə 40 faizində xərçəngdən əvvəlki  həzm sisteminin xəstəlikləri aşkar olunub.

 

E171 birləşməsi titan sənayesinin əsas məhsullarından biri sayılır. O, bir qayda olaraq yeməklərdə ağardıcı kimi istifadə olunur. Ona daha çox şirin ərzaqlarda, peçenye və saqqızlarda, eləcədə diş pastalarında və günəşdən qoruyucu kremlərdə rast gəlmək mümkündür.

 

 

Müəlliflər nəticələrin insanlar üçün nə qədər təhlükə mənbəyi olduğunu söyləməyiblər, bitərəf qalıblar.

Bu səbəbdən Fransa hakimiyyəti yeyinti sənayesində E171-dən istifadənin nə dərəcədə təhlükəli olduğunu müəyyən etmək məqsədilə genişmiqyaslı araşdırma aparılmasına qərar verib.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir