Modern.az

Rusiyada yeni dollar milyarderi tapıldı  

Rusiyada yeni dollar milyarderi tapıldı   

Aktual

24 Yanvar 2017, 20:01

“Bloomberg” informasiya agentliyi Rusiyada daha bir dollar milyaderinin peyda olduğunu bəyan edib.  Modern.az bildirir ki, agentliyin məlumatına görə, bu, “Norebo holdinq” şirkətinin sahibi Vitali Orlovdur. O, balıqçılıq təsərrüfatı ilə məşğuldur.

 

“Bloomberg” qeyd edir ki, onun varidatını milyard dollara qədər çatdırmasına Rusiyanın Qərbin sanksiyalarına cavabı – xarici məhsulların ölkəyə gətirilməsinə qoyulan qadağa olub.

 

Nəticədə ölkədə yerli skumbriya, siyənək və digər balıqlara tələbat artıb.

Virali Orlov ötən ilin iyun ayında “Norebo holdinq”in aksiyalarının 33 faizini isveçli tərəfdaşı Maqnus Potadan alıb. 2016-cı ilin əvvəllərində isə özünü “Norebo”nun 67 faizinin sahibi elan edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi