Modern.az

Həbsxanadan 200-ə qədər məhbus qaçıb

Həbsxanadan 200-ə qədər məhbus qaçıb

Dünya

24 Yanvar 2017, 20:28

Braziliyanın cənub-şərqindəki həbsxanadan 200-ə qədər məhbus qaçıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident səhər saatlarında San-Paula ştatında baş verib.

 

Məlumata görə, həbsxana əməkdaşları ilə dustaqlar arasında münaqişə baş verib. Daha sonra dustaqlar yanğın törədiblər və qaçıblar. Onların bir hissəsini həbsxanaya qaytarmaq mümkün olub. İnsidentdə xəsarət alan olmayıb.

 

Qeyd edək ki, bu penitensiar müəssisə 1,1 min dustaq üçün nəzərdə tutulsa da, hazırda burada 1,4 min şəxs cəza çəkir. Bütün həbsxanalarında ciddi sıxlıq yaşanan Braziliyada bu cür insidentlər tez-tez baş verir. Ölkə rəhbərliyi 30 yeni penitensiar müəssisənin yaradılması ilə bağlı göstəriş verib.

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar