Modern.az

Lotereyada 319 milyon dollar məbləğində cek-pot udulub

Lotereyada 319 milyon dollar məbləğində cek-pot udulub

27 Mart 2011, 11:07

ABŞ-ın Nyu-York ştatında keçirilən lotereya oyununda 319 milyon dollar məbləğində cek-pot udulub. Modern.az-ın məlumatına görə, “Associated Press”in yaydığı xəbərdə bildirilir ki, bu, “Mega Millions” loto-oyununun tarixində ən böyük uduşlardan biridir. Hələlik uduşlu biletin xoşbəxt sahibinin kimliyi məlum deyil. Çox güman ki, həmin şəxs bazer ertəsi lotereya kontoruna müraciət edəcək. Məlumatda qeyd edilib ki, uduşa düşən 319 milyon dollardan 202,9 milyonu nağd şəkildə sahibinə ödəniləcək. Xoşbəxt bilet sahibi həmin məbləği ya bütöv, ya da 25 il ərzində hissə-hissə ala bilər. “Mega Millions” loto-oyunu Amerikanın 41 ştatının ərazisində keçirilir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı