Modern.az

Türkiyədə seriala çəkilən azərbaycanlı aktrisa: "Pavilyon qadını oldum" - MÜSAHİBƏ

Türkiyədə seriala çəkilən azərbaycanlı aktrisa: "Pavilyon qadını oldum" - MÜSAHİBƏ

25 Yanvar 2017, 09:50

Tunay Əliyeva. Çox təqdimata ehtiyacı yoxdu. Model idi... Sonra ANS TV-də aparıcı oldu. Xarici görünüşü və efirdə sərbəstliyi onu tez bir zamanda məhşurlaşdırdı. Sonra yolu başqa kanallardan keçdi... Tamaşaçı ona aparıcı kimi alışmışdı ki, bir də baxdıq seriallarda baş rollarda  oynayır. Bir gün isə onu nə aparıcı kimi, nə də aktirisa kimi gördük. Tunay artıq Azərbaycanda yox idi.
İndi isə Tunay Türkiyədə serial sektorunda ilk addımını atdı. Onu ölkənin reytinqli dizilərindən olan və bazar günləri Fox TV-də yayımlanan “O hayat benim”də görəcəyik. Yeni xəbər üzərindən bir söhbət edək dedim köhnə iş yoldaşımla. Nə danışdıq, maraqlıdırsa oxuyun xəbəriniz olsun!

Beləliklə, Modern.az saytı  Tunay Əliyeva ilə söhbəti təqdirm edir:

- Türkiyədə yeni serialda rol almısan. Təklif hansı agentlikdən gəldi?

- Təklif həm dizi rəhbərliyindən, həm də Türkiyənin bir nomrəli, yəni 33 diziyə oyunşu göndərən agentliyindən gəldi.

- Neçə seriyalıq anlaşman var?

- Hələlik bir neçə bölüm oynayacam. Ondan sonra davamına qərar veriləcək. Yəni serialda baş verən hadisələrə uyğun davam edəcəm. Ya da başqa müqavilələrə baxacam.

- Hansı obrazı canlandıracaqsan?

- Aktirisa üçün rolun heç bir fərqi yoxdu. Rol böyükdür ya kiçik. Əsas odur ki, 80 milyonluq izləyicinin qarşısına çıxacaqsan və sənə verilən obrazı elə canlandırmalıasan ki, tamaşaçı sənə inansın. Məncə uğur budur.

- Təbii. Oynadığın rolu yaşamaq onu hiss etdirmək əsasdı. Amma hansı rolu oynayacaqsan?

- Mən dizidə pavliyon qadını obrazını canlandıracam.

- Çəkinmirsənmi tənqidlərdən. Bilirsən ki, bizim cəmiyyətdə belə obrazlar birmənalı qarşılanmır. Hələ bu rolu başqa ölkənin filmində oynayırsansa, mentalitet məsələsi daha da qabarır.

- Məhsəti, bu neçə ildə məni az yıxıb sürüyüblər? Amma mən aktirisayam. İşimi görürəm. Dunyanin harasında oluramsa olum, qazandığım uğur təkcə mənim deyil, həm də Azərbaycanındır! Türkiyədə çox tanınmış simalar var, baş rolları pavilyon qadını olub. İndi onlar tarixi filmlərdə yer alırlar. Mən türk dizi sektorunda ilk addımlarımı atıram. Gələcəkdə hansısa bir tarixi qəhramanı da oynaya bilərəm, bəlkə ən pis qadını da, ən gözəl qadını da. Bu obrazdı, obrazdan çıxanda mən yenə dostlarımın, ailəmin tanıdığı Tunayam.
Hə, o ki qaldı tənqidlərə mən ona da hazıram. Amma oynadığım obrazı deyil, rolu necə oynamışam onu müzakirə etsinlər, tənqid etsinlər. Bu arada ilk etirazı anam edib. Mənə dedi ki,  qızım olmaz, yaxşı rol oynamırsan. Anama anlatmağa çalışdım ki, rolun yaxşısı, pisi olmur. Yəni sınağın ən çətinini aşmışam.

- Azərbaycanda seriallara çəkilmisən. İki ölkədəki serial sektorunun fərqi nələrdir?

- Burda dizi seti saat kimi işləyir. Yəni hər kəsin görəcəyi iş bəllidir. Saatı, dəqqiqəsi ilə proqramlanıb. Deyən yoxdu ki, ay Fatma hardasan, bu aktyorun qrimi niyə belədi? Ya da bu işıq  niyə kölgə salır. Ən önəmlisi, peşəkar kadrlarla işləyirsən. Texniki tərəfi güclüdür, səhnələr çəkilən studiyalar düzgün quraşdırılır. Təəssüf edirəm Azərbaycanda bunun tam əksidir.

- Ünlü oyuncularla səhnə paylaşırsan. Dəstək olurlar? Yoxsa hər kəs öz isinə baxır?

- Burda bizdən fəqli olaraq, yaşlı və təcrübəli aktyorlar sənə öyrədirlər. Gənclərin paxıllığını çəkmirlər, onlara quyu qazmırlar. Əksinə, səhvini düzəldirlər, yol göstərirlər. belə fikirləşirəm ki, burda sənətçilərin kompleksləri yoxdu. Özlərindən əmindirlər deyə, kimsənin işinə pəl vurmurlar.

- Azərbaycanda tanındın. İsin vardı, seriallarda oynayırdın. Niyə Turkiyəyə gəldin? Səni cəzb edən türk dizilərinin rəngarəng hayatıydı?

- Bura gəlmə səbəbim aktyorluq məktəbini oxumaq oldu. Aktrisa kimi sənətin sirlərini daha dərindən oyrənmək istədim. Bunun üçün ya Moskvaya getməliydim, ya Amerikaya, ya da Türkiyəyə. Çünkü büdcəm buna imkan verdi.

- Büdcə demişkən, Türkiyədə yasayan insan kimi bilirəm ki, burda yaşam şərtləri çətindi. Hələ İstanbul kimi meqapolisdə… Maddi olaraq keçinmək asan deyil. Sən həm təhsil, həm yaşam xərclərini necə ödəyirsən?

- Təbii ki, başqa ölkəyə köçməyi planlayanda orda yaşamaq üçün büdcənə baxırsan. Mən bir gündə qərar vermədim. Sən bunu yaxşı bilirsən, mən neçə il işlədim, qənaət etdim, əlavə heç nəyə pul xərcləmədim. Çətinliklər çəkdim, amma təhsil üçün pul yığdım. 
İndi iki il də təhsilimi davam etdirməyə gücüm var. Bundan sonra dizi və bu sektordan olan reklam və digər işlərdə yer alacam. Bu da hələ az da olsa, maddi dəstək deməkdi.

- İncimə, sənə son sualım bəlkə xoşuna gəlməz. Hər zaman qalmaqalda görürəm səni, çox narazı, bəzən aqressiv. Türklər demiş, dərdin nədi?

- İncimirəm. Mənim razı olduğum vaxt var? Haqsızlığa dözümüm yoxdu. Düşmənim olsa belə,  haqqı tapdanırsa, müdafiə edirəm. Səbirsiz oluram. Bu mənim qüsurumdu. Yaxınlarım da deyir belə olma. Amma vicdanım rahat olmaz. Susmağı bacarmaram...


Məhsəti ŞƏRİF

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi