Modern.az

Radiotezliklər üzrə Dövlət Komissiyası 18 müəssisəyə yeni tezlik ayırıb

Radiotezliklər üzrə Dövlət Komissiyası 18 müəssisəyə yeni tezlik ayırıb

6 Noyabr 2009, 15:50

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirdə radiotezlik resurslarından səmərəli istifadənin təşkil olunması məqsədilə tezlik resurslarının istifadəsi ilə bağlı təkliflər müzakirə olunub, müraciətlər ayrı-ayrılıqda komissiya üzvləri tərəfindən araşdırılıb.
İclasın protokol qərarına əsasən 18 müəssisə və təşkilata yeni tezliklər ayrılıb, 9 müəssisə və təşkilata radiotezliklərin ayrılması üzrə texniki araşdırmaların aparılması müəyyənləşdirilib, 1 müəssisədən tezlik resurslarından səmərəli istifadə olunmadığından tezlik nominalları geri alınıb.
Bundan əlavə, Elektron Rabitə Komitəsinin (ECC/DEC (06)(07)) saylı qərarı 13 mart 2009-cu il tarixli dəyişikliklər nəzərə alınmaqla respublikada tətbiqi məqsədəuyğun hesab edilib. Eyni zamanda Dövlət Radiotezliklər İdarəsində müvafiq qaydada qeydiyyatdan keçirilməklə Elektron Rabitə Komitəsinin 1 dekabr 2006-cı il tarixli ECC/DEC (06)(07) saylı qərarına (13 mart 2009-cu il tarixli əlavələrlə) müvafiq olaraq respublikanın hava hədlərində təyyarələrdə yerləşdirilmiş Bort GSM sistemlərinə GSM-1800 tezliklərindən istifadəyə icazə verilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi