Modern.az

“Çingiz Qənizadə özünəməxsus xüsusiyyətlərindən əl çəkmək istəmir”

“Çingiz Qənizadə özünəməxsus xüsusiyyətlərindən əl çəkmək istəmir”

25 Yanvar 2017, 18:08

İmamverdi İsmayılov
Milli Məclisin deputatı

Azərbaycan Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı Fərman bu qəbildən insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə, ünvanlılığın təmin olunmasına və səmərəliliyin artmasına xidmət edir. Bu da həmin insanların dövlətin onlara olan qayğısından daha konkret ünvanlı şəkildə istifadə etməsinə səbəb olacaq.

Əvvəllər də uzun illər onlar bu güzəştlərə, imtiyazlara malik olublar, sadəcə həmin vəsait onda dövlətin büdcəsindən müvafiq qurumlara ayrılıb, indi isə onun forması dəyişib, müvafiq qurumlar əvəzinə vətəndaşın özünə verilir və onu xərcləmək istiqaməti də vətəndaşın öz seçimindən asılı olacaq. Sosial müdafiənin bu şəkildə təmin olunması ünvanlılıq prinsipinə də uyğundur.

Ancaq deputat Çingiz Qənizadə yenə də öz əvvəlki çıxışlarında olduğu kimi ölkə Prezidentinin bu sahədə  verdiyi Fərmanı öz düşüncə tərzinə uyğun olaraq, Komitədə olmayan korrupsiya hallarının qarşısının alınması kimi izah edir. Görünür Çingiz Qənizadə özünəməxsus xüsusiyyətlərindən əl çəkmək istəmir. Hesablama Palatası tərəfindən Komitədə aparılan yoxlamalarda hər hansı bir qanun pozuntusu aşkar olunmayıb. Deputat Qənizadəyə tövsiyyə edərdim ki, yaxşı olardı ki, o öz seçildiyi rayonun seçicilərinin problemləri ilə məşğul olsun. Bu cür belə fikirlər səsləndirməklə ölkəmizdə olan məcburi köçkünlər arasında çaçqınlıq yaratmaq və onlar üçün atılmış mühüm addımlara kölgə salmaq kimi əməllərindən əl çəksin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir