Modern.az

Prezidentliyə namizədin arvadı ilə bağlı QALMAQAL

Prezidentliyə namizədin arvadı ilə bağlı QALMAQAL

25 Yanvar 2017, 22:34

Fransada hakim Respublikaçılar Partiyasının prezidentliyə namizədi Fransua Fiyonun arvadı Penelopa  ilə bağlı qalmaqal getdikcə daha da qızışır. Modern.az xarici mediaya istinadən bildirir ki, onun arvadı 8 il müddətində ərinin parlament assistenti kimi əmək haqqı alıb. Bu müddətdə o, 500 min avro qazanıb.

Sonra 1,5 ilə yaxın Penelopa Fiyonun adı ərinin dostu Mark Ladreyta de Laşareerə məxsus  “İki dünya jurnalı”nda əməkdaş kimi adı gedib.  Ancaq jurnalda iddia edirlər ki, xanım Fiyonu redaksiyada bir dəfə də görməyiblər.

Prezidentliyə namizədin ətrafındakılar “Reuters”ə Penolopa Fiyonun həquqətən bu vəzifələri  tutduğunu təsdiqləyiblər. Fiyonun rəsmi nümayəndəsi Tyerri Soler bəyan edib ki, parlamentarların arvadlarının onların əməkdaşları olmasına tez-tez rast gəlinir.

AFR agentliyi də qeyd edir ki, parlamentarların çoxu həquqətən yaxın adamlarını parlament assistenti kimi cəlb edirlər. Bu, qanunla da qadağan deyil. Lakin “Le Canard Enchaine”nin jurnalistləri bəyan ediblər ki, xanım Fiyonun Milli Məclisə gəlib-getdiyini təsdiqləyəcək heç bir iz tapa bilməyiblər. Bundan əlavə, AFR-in dəqiqləşdirməsinə görə, Penelopa Fiyonun ixtisası məlum deyil və həmişə öz ərinin siyasi fəaliyyətindən kənarda olub.

Lakin Fransua Fiyonun Milli Məclisdəki digər əməkdaşı “Le Canard Enchaine”yə müsahibəsində bəyan edib ki, heç vaxt Penelopa Fiyonla işləməyib: “Mən bununla bağlı heç nə bilmirəm. Mən onun nazir arvadı olduğunu bilirdim”.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir