Modern.az

BP neft istehsalını azaltmağa hazırdır

BP neft istehsalını azaltmağa hazırdır

25 Yanvar 2017, 22:47

"OPEK ölkələrinin Vyana sazişinin iştirakçıları tələb edərsə, Britaniyanın neft-qaz şirkəti BP həmin ölkələrdə neft istehsalını azaltmağa hazırdır". Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə BP rəhbəri Robert Dadli məlumat verib.

Onun sözlərinə görə, şirkət bu məsələni müstəqil həll etmir. Çünki bu, BP-nin hasilatla məşğul olduğu ölkələrin tənzimləyici qurumlarının səlahiyyətinə aiddir.

"İndi biz Əbu-Dabidə istehsalla məşğul oluruq. Hansı ki, buna mənfi cavab verib. Azərbaycan da bu gün elan edib ki, bəzi ixtisarlar edəcək. Biz şirkət olaraq bu cür qərarlar qəbul etmirik. Bu məsələ tənzimləyicinin işidir", - deyə o bildirib.

Qeyd edək ki, OPEK ötən ilin 30 noyabrında neft hasilatını hər gün 1,2 milyon barrel – 32,5 milyon barelə qədər ixtisara salmaq razılığa gəlib.

 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı