Modern.az

Polşanın müdafiə naziri yol qəzasına düşüb

Polşanın müdafiə naziri yol qəzasına düşüb

Dünya

26 Yanvar 2017, 00:59

Polşanın müdafiə naziri Antoni Maçareviç yol qəzasına düşüb. Modern.az saytı xəbər verir ki, bu barədə “TVN24” telekanalı xəbər yayıb.

 

İnsidentin Torun şəhəri yaxınlığında baş verdiyi bildirilir. Məlumata əsasən, altı avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada müdafiə nazirinin də maşını olub.

 

Polşa müdafiə nazirliyinin rəsmisi Bartolomey Mişeviç qəza nəticəsində nazirin xəsarət almağını bildirib. İlkin məlumata görə, zəncirvari qəza nəticəsində 2 nəfər yaralanıb. Onların həyatlarına təhlükə olmadığı qeyd olunur. Qəzanın səbəbləri araşdırılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar