Modern.az

Tramp Ağ Evdəki həyatı HAQDA: “6-dan qabaq dururam”

 Tramp Ağ Evdəki həyatı HAQDA: “6-dan qabaq dururam”

Dünya

26 Yanvar 2017, 09:49

ABŞ prezidenti Donald Tramp "New York Times" qəzetinə müsahibəsində Ağ Evdə keçirdiyi günlərindən danışıb.

 

Trend-in məlumatına görə, cəmi bir neçə gündür vəzifəsinin icrasına başlayan D.Tramp bildirib ki, onun daha çox telefon aparatları və bir vaxtlar Avram Linkolnun yatdığı yataq otağı xoşuna gəlib: "Buranı daha çox sevirəm, burada tarix yaşayır".

 

O bildirib ki, Ağ Evdə Dairəvi kabineti və Con Kennedi, Ronald Reyqan, Bill Klinton və Barak Obamanın arxasında işlədiyi yazı masasını bəyənib.

 

D.Tramp vurğulayıb: "Telefonlar həyatımda gördüyüm ən gözəl aparatlardır. Ən təhlükəsiz sistemlə işləyirlər. Məşvərətçilərimin etriazlarına baxmayaraq, mən özümün köhnə "Android" telefonumdan istifadə edirəm yenə, elə onunla Twitter-də yazıram.

Səhərlər saat 6-dan öncə qalxdığını, xəbərlər proqramını izlədiyini deyib. Qəzetləri oxumaqla vaxt keçirdiyini, kitab isə heç oxumadığını deyib. Saat 9-da köməkçiləri ilə işi başlayır.

 

Onun sözlərinə görə, həyat yoldaşı Melaniya və oğlu Berron artıq Ağ Evi tərk ediblər, çünki oğlu builki tədris ilini Nyu-Yorkdakı məktəbdə bitirməlidir. İnauqurasiyadan sonra qızı İvanka da həyat yoldaşı ilə onu tərk edib öz evlərinə gediblər.

 

O, fevralın əvvəlində Floridadakı malikanəsinə getməyi düşündüyünü bildirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır