Modern.az

Yazıçı Qılman İlkin vəfat edib

Yazıçı Qılman İlkin vəfat edib

6 Noyabr 2009, 15:58

Xalq yazıçısı Qılman İlkin noyabrın 6-da 96 yaşında vəfat edib. Bu barədə Qılman İlkinin ailəsindən məlumat verilib. Qılman İlkin (Musayev) 1914-cü ildə Bakının Mərdəkan kəndində anadan olub. 1950-ci ildən AYB-nın üzvü, M.F.Axundov adına Dövlət mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar incəsənət xadimidir (1989). Azərnəşrdə (1953-9631) direktor, «Azərbaycan» jurnalında baş redaktor, Azərnəşrin direktoru (1966-1971) vəzifələrində işləyib. Xidmətlərinə görə «Qırmızı əmək bayrağı» ordeni, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunmuşdur. Qafqaz xalqları Ali Dini Şurasının «Paklıq» mükafatına layiq görülüb. Mərhum «Qalada üsyan» (1959), «Şimal küləyi» (1962), «Hədiyyə» (1969), «Dağlı məhəlləsi» (1978), «Dəniz qapısı» (1984), Madam Qədri» (1988) və s. kitablarının müəllifidir.

Allah rəhmət eəsin!
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...