Modern.az

Qasırğa vannada olan qadını apardı

Qasırğa vannada olan qadını apardı

26 Yanvar 2017, 20:02

Təbii fəlakət zamanı  vannada gizlənən qadını qasırğa aparıb. Modern.az xəbər verir ki, insident ABŞ-ın Texas ştatının Smitlend şəhərində qeydə alınıb.

Məlumatda qeyd edilir ki, qadın o qədər də ciddi olmayan xəsarətlərlə canını qurtarıb.

ABŞ-ın fövqəladə xidmətinin nümayəndəsinin sözlərinə görə,  vanna qasırğa zamanı ən təhlükəsiz yerdir. Baş verən hadisə haqda qadın özü adının çəkilməməsi şərti ilə məlumat verib.

O, insidentlə bağlı qasırğa qurbanlarının statistikasını qeydə alan Milli meteorologiya xidmətinə xəbər verib.

Zərərçəkən deyib ki, onun olduğu vanna evinin yaxınlığındakı meşəyə düşüb. Məlumatda qeyd edilir ki, burulğan 730 metr uzunluğunda olub və çoxtonlu barjanı havaya qaldırıb 200 metrə qədər apara bilib.

ABŞ-ın cənub ştatlarını cənginə alan qasırğa 19 nəfərin həyatına son qoyub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub