Modern.az

Meşə yanğınlarında ölənlərin sayı 9 nəfər olub

Meşə yanğınlarında ölənlərin sayı 9 nəfər olub

Dünya

26 Yanvar 2017, 23:06

Çilinin mərkəzində və cənubunda tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, yeni qurbanlar ölkənin Maule və Bio-Bio vilayətlərində aşkar olunub.

Bundan əvvəl ölənlərin 6 nəfər olduğu bildirilmişdi.

Yerli NTN24 telekanalının məlumatına görə, Maulenin Santa-Olqa şəhərciyi yanğınlardan ciddi zərər çəkib. Orada təqribən min ədəd tikili, həmçinin karabiner və yanğınsöndürənlərin kazarmaları, məktəblər, əhaliyə tibbi yardımın göstərilməsi mərkəzi, sənaye obyektləri yanıb. Şəhərcikdən 5 min nəfər təxliyə edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı