Modern.az

Türkiyə Yunanıstanı qiyamçılara dəstəkdə qınadı

Türkiyə Yunanıstanı qiyamçılara dəstəkdə qınadı

Dünya

27 Yanvar 2017, 00:14

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan Ali Məhkəməsinin 8 qiyamçı hərbçinin təhvil verilməməsi ilə bağlı çıxardığı qərara etiraz edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Yunanıstanın qiyamçıları qoruyan və dəstək verən ölkə olduğu bildirilib: “Yunanıstan məhkəməsinin qərarı beynəlxalq hüquq normalarına ziddir. Bu qərara qarşı bütün hüquqlarımızdan istifadə edib, günahkarların ekstradisiya edilməsi və cəzalandırılması ilə bağlı səylərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Yunanıstan məhkəməsi 15 iyul dövlət çevrilişinə cəhddə iştirak etmiş 8 hərbçi ilə bağlı Türkiyənin ekstradisiya tələbini rədd edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!