Modern.az

Miqrant turistlərin gözü qarşısında boğuldu – VİDEO

Miqrant turistlərin gözü qarşısında boğuldu – VİDEO

27 Yanvar 2017, 01:00

Qambiyadan olan qaçqın Venesiyanın Böyük kanalında boğulub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, miqrantın boğulma anını onlarla turist izləyib. Məlumata görə, 22 yaşlı Pateh Sabalinin boğulmasını görən  turistlər hadisəni qəhqəhə və “öz ölkənə get” kimi irqçi ifadələrlə  telefona qeydə almağa başlayıblar.  

 

Məlumata görə, hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.  Xilas olunması üçün suya üç  xilasedici halqa atılsa da, Pateh Sabali özünü onlardan heç birinə çatdıra bilməyib. Hadisəni izləyən şəxslərdən heç biri suya atılmayıb, nəticədə miqrant boğulub.

İtaliya Xilasedicilər Birliyinin rəhbəri Dino Basso hadisədə heç kimi günahlandırmadığını, amma miqrantı xilas etmək üçün əlavə addımların atılmasının mümkün olduğunu da vurğulayıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI