Modern.az

Builki sınaq və qəbul imtahanlarının tarixləri fevralda açıqlanacaq

Builki sınaq və qəbul imtahanlarının tarixləri fevralda açıqlanacaq

Təhsil

27 Yanvar 2017, 10:49

2017-ci ildə abituriyentlər üçün keçiriləcək sınaq və qəbul imtahanlarının tarixləri fevral ayında bəlli olacaq.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib. O, bildirib ki, imtahanlarla bağlı bütün məlumatlar Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

 “Fevral ayı ərzində Dövlət İmtahan Mərkəzinin saytında 2017-ci ildə keçiriləcək bütün imtahanların və tədbirlərin tarixləri elan olunacaq. Saytda yerləşdiriləcək qrafikdə buraxılış, qəbul, sınaq, magistratura, rezidentura, dövlət qulluğuna qəbul və sairə imtahanların keçiriləcəyi günlər, eləcə də, ərizə qəbulu qeydiyyat tarixləri və digər zəruri məlumatlar öz əksini tapacaq”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır