Modern.az

Pensiyaçı oğurladığı 150 min dolları pornoqrafiyaya xərclədi

Pensiyaçı oğurladığı 150 min dolları pornoqrafiyaya xərclədi

27 Yanvar 2017, 19:41

Amerikanın Masfild şəhərinin 72 yaşlı sakini Frederik Braun veteranlar təşkilatından 150 min dollar oğurladığına görə 2,5 il azadlıqdan məhrum olunub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qoca kişi oğurladığı vəsaitin böyük hissəsini internetdə pornoqrafiyaya baxmağa sərf edib.

Cinayətkar günahını tam etiraf edib. Kişinin vəkili hökmün yüngülləşdirilməsinə israr edərək deyib ki, əvvəllər hüquq-mühafizə orqanlarının şübhə dairəsinə düşməyən təqsirləndirilən özü veterandır.

Bundan əlavə müdafiəçi onu da qeyd edib ki, cinayətkar diabetdən, xroniki qaraciyər çatışmazlığından əziyyət çəkir, eləcə də ürəyində problem var.

Pensiyaçı həbsxnada yatmaqdan başqa oğurladığı pulu da qaytarmalıdır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir