Modern.az

Tramp meksikalı həmkarı ilə müzakirə aparıb

Tramp meksikalı həmkarı ilə müzakirə aparıb

27 Yanvar 2017, 21:43

ABŞ prezidenti Donald Tramp və Meksika prezidenti Enrike Penya Nyeto arasında telefon danışığı olub. Modern.az saytı xəbər verir ki, APA-nın “Associated Press” agentliyinə istinadən məlumatına görə, söhbət bir saatadək davam edib.

 

Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq  üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib.

 

Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir