Modern.az

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyi düşünmür

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyi düşünmür

27 Yanvar 2017, 23:27

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyi düşünmür. Modern.az saytı xəbər verir ki, belə bir açıqlama ilə ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Mey ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

Tramp vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq hələ tezdir: “Biz bütün ölkələrlə yaxşı münasibət qurmaq niyyətindəyik. Rusiya ilə də normal münasibətlərin qurulmasının tərəfdarıyıq”.

 

Tereza Mey isə qeyd edib ki, Ukrayna üzrə Minsk razılaşmaları yerinə yetirilməyənədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalmalıdır.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?