Modern.az

Trampla Putinin telefon danışığının vaxtı AÇIQLANDI

Trampla Putinin telefon danışığının vaxtı AÇIQLANDI

28 Yanvar 2017, 09:22

ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutacaq telefon danışığının vaxtı açıqlanıb.

Modern.az saytının xəbərinə görə, bu haqda Ağ Ev məlumat yayıb.

Məlumata görə, liderlər arasındakı telefon danışığı bu gün Moskva vaxtı ilə saat 20:00-da olacaq.

Putinə qədər isə Tramp Yaponiyanın baş naziri Sindzo Abe, Almaniya kansleri Angela Merkellə telefonda danışacaq.

Bildirilib ki, Tramp Putinlə müzakirələrdən sonra Fransa prezidenti Fransua Olland, Avstraliyanın baş naziri Malkolm Ternbull ilə danışıq aparacaq.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı