Bakıda Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı tərəfindən birgə təsis edilmiş “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.
SalamNews xəbər verir ki, tədbirdə Azərbaycanın görkəmli idman mütəxəssisləri, tanınmış idmançılar, nazirlik, komitə və şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Mərasimdə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilin mətbuat katibi seçilib və mükafat ona təqdim edilib.
Qeyd edək ki, “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı 2008-ci ildə təsis edilib. Formata əsasən, hər ilin yekununda müxtəlif nominasiyalar üzrə ilin qalibləri adına layiq görülmək üçün milli federasiyalar və idman klubları tərəfindən namizədlər irəli sürülür. Seçim Komissiyası respublikanın görkəmli idman mütəxəssisləri, tanınmış idman jurnalistlərindən təşkil olunur.
Modern.az