Modern.az

AZAL Gəncə və Qəbələyə uçuşları bərpa edir - YENİLƏNİB 

AZAL Gəncə və Qəbələyə uçuşları bərpa edir - YENİLƏNİB 

28 Yanvar 2017, 16:12

Bakı-Gəncə-Bakı aviareysi bərpa olunur. Bu haqda Modern.az-a “Azərbaycan Hava Yoları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

 

Uçuşlar "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən həftənin bazar ertəsi, çərşənbə, cümə və bazar günləri olmaqla 4 dəfə həyata keçiriləcək.

 

AZAL 2017-ci il yanvarın 9-dan etibarən uçuşların komemrsiya baxımından qeyri-effektiv olmasını əsas gətirərək Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Musa Quliyev Modern.az-a açıqlamasında Gəncə-Bakı reysinin yenidən bərpa olunması üçün Prezident İlham Əliyevə müraciət etməyə hazırlaşdığını açıqlamışdı.

 

***

AZAL fevralın 15-dən etibarən Bakı-Gəncə marşrutu, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək.

 

Bu haqda Modern.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

 

Onun sözlərinə görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək.

 

“Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) uçuş saat 11:05–də, Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 12:05-də. Gəncədən uçuş - saat 13:05-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 14:05-də reallaşacaq.

 

Bakıdan Qəbələyə uçuş saat 16:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - saat 17:25-də. Qəbələdən uçuş - saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 19:10-da baş tutacaq”.

 

P.Kəsəmənski qeyd edib ki, daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyənləşdirilib:

 

“Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat”.

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:

(+99412) 598-88-80;

*8880. E-mail: [email protected]

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı