Modern.az

Tülkü küçədə yatan kişinin qulağını dişlədi

Tülkü küçədə yatan kişinin qulağını dişlədi

28 Yanvar 2017, 20:51

25 yaşlı britaniyalı şənlikdən çıxdıqdan sonra Qərbi Susseksin Storrinqton kəndində oturacaqda yuxuya gedib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu vəziyyətdə ona yaxınlaşan tülkü qulağından yapışıb.

Ərazidən keçənlər gəncin qışqırıqları eşidərək tülkünü qovmağa cəhd ediblər. Qulağı dişlənən kişi xəstəxanaya yerləşdirilib.

“İnanılmaz dərəcədə ağrıdıcı idi. Qulağımın bərpası üçün plastik əməliyyat etdirməli olcağam”, - cavan oğlan deyib.

O, əlavə edib ki, tülkünün adama hücum etməsinə, sadəcə inana bilmir.

Digər məlumata görə, bu insidentdən 48 saat əvvəl həmin tülkü məktəbliyə, supermarketlərə ərzaq daşıyan maşının sürücüsünə, satıcılara və bir neçə piyadaya da hücum edib.

Aqressiv heyvan artıq tutulub. Belə ehtimal irəli sürülüb ki, hansısa xəstəlik tülkünün beynini sıradan çıxaerıb və öz hərəkətlərini müəyyənləşdirə bilmir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır