Modern.az

Məşhur duet - Dolçe və Qabbana məhkəməyə verilib

Məşhur duet - Dolçe və Qabbana məhkəməyə verilib

28 Mart 2011, 18:36

Məşhur dizayner dueti Domeniko Dolçe və Stefano Qabbana (Dolce&Gabbana) vergidən yayınmaqla bağlı ittihamla məhkəmə önünə çıxarıla bilər. Bu barədə “Fashion Time” jurnalı məlumat yayıb. Jurnalın məlumatına görə, yaxın günlərdə irəli sürülən ittihamın cinayət tərkibinin olub-olmaması ilə bağlı dəqiq məlumat veriləcək. Qeyd edək ki, məşhur brendə qarşı bu ittiham 2008-ci ildən irəli sürülüb.

“Dolce&Gabbana” firması 1985-ci ildə yaradılıb. Çox qısa müddət ərzində populyar olan bu brend moda sənayesində yüksək zirvələri fəth edə bilib. Hazırda D&G şirkətinin 17 fabriki və 3 min nəfər işçisi var. Planetin bütün yerlərində şirkətin yüzlərlə butikləri fəaliyyət göstərir.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi