Modern.az

Türkmənistan prezidentinin pencəyi neçəyədir?

Türkmənistan prezidentinin pencəyi neçəyədir?

28 Mart 2011, 19:31


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tünd pencəyini açıq rənglisi ilə əvəz edib. Real həyatda onun neçə pencəyinin və neçə rəngdə olması o qədər də diqqəti çəkməsə də, ölkənin hər yerini “bəzəyən” portretlərdə indi belədir. Portretin bütün ölkə boyu əvəzlənməsinin yükü isə sadə insanların çiyninə düşür. Modern.az saytı Türkmənistanda həyata keçirilən portret dəyişikliyinə dair xarici KİV-də dərc olunmuş məqaləni təqdim edir.

Türkmənistan prezidentinin təkcə portretlərdəki pencəyinin deyil, tünd rəngli qalstku da açıq rəngə dəyişdirilir. Bundan başqa, Berdiməhəmmədovun portretləri türkmən xalçasının da fonunda peyda olub. Həmin təsvirlərdə prezidentin əlində dövlət bayrağı və qələm də əksini tapır. Bu kampaniyaya start veriləndən ölkənin hər yerində potretlər binaların fasadlarından, xidməti kabinetlərdən, məktəblərdəki sinif otaqlarından, kütləvi bayramlar və şənliklərin keçirildiyi ərazilərdən yığışdırılıb yeni isə əvəz olunur.

Bu, Türkmənbaşıdan qalan ənənədir

Keçmiş prezident Saparmurat Niyazovun portretlərindən istifadə hakimiyyətlə razılaşdırılmadan mümkün deyildi. Hətta qocaman və ustad rəssamlara da razılaşdırılmamış portret çəkmək qadağan idi. Portretlərin dəyişdirilməsi əmr qaydasında həyata keçirilirdi. Məlumdur ki, Türkmənbaşı o vaxt “cavanlaşmağı” qərara almışdı, buna görə ağarmış saçlarını tünd rəngə boyayırdı.

Bu səbəbdən bütün ölkədə mərkəzin göstərişi ilə Türkmənbaşının ağ saçlı portretləri qara rənglilərlə əvəzlənirdi. Mərkəzdən olan komissiya yuxarıdan verilən tapşırığın necə yerinə yetirilməsi ilə bağlı bölgələrdə yoxlamalar aparırdı. Komissiya üzvləri hətta Niyazovun portretlərinın məktəbli lövhəsi üzrərində, yaxud direktorların kabinetlərində düzgün asılıb-asılmadığını da yoxlayırdılar. Almaniyanın “Deutshe Welle” nəşrinin müxbiri ilə həmsöhbət olanlar deyirlər ki, yerli səviyyədəki rəhbərlərin çoxu yalnız Türkmənbaşının ağ saçda olan portretlərinin divarlarda qalmasına görə xəbərdarlıq alırdılar.

Portretə pul verin!

Berdiməhəmmədov öz sələfinin ənənəsinin davam etdirir. Etiraf etmək lazımdır ki, Türkmənbaşının zamanında portretlərin əvəzlənməsi tez-tez baş verirdi. 2007-ci ildə Qurbanqulu Berdiməhəmmədovun inauqurasiyasından sonra ölkə Türkmənbaşının portretlərindən xilas olmağa başladı. Amma az keçmədi ki, onların yerini birinci rəsmi liderin portretləri tutdu. Portretlərdəki duruşu xoşuna gəlmədiyindən yeni prezident qərara alır ki, şəkilləri yandan çəkilsin və pencəyinin yaxasında heç bir döş nişanı olmasın. Beləliklə, Berdiməhəmmədovun portretlərini yenidən dəyişdilər. 2009-cu ildə isə Aşqabaddan komanda gəlir ki, prezidentin rəsmlərindəki qırmızı rəngli qalstuklar qara rənglə əvəzlənsin.

Şahidlər deyirlər ki, çoxsaylı müəssisələrin əməkdaşları yeni portretin alınmasına əlavə vəsait sərf etməmək üçün sadəcə portretlərdəki qalstuku bir rəngdən başqa rəngə boyayırlar. Ciddi maliyyə çatışmazlığı üzündən bu praktika məktəb kollektivlərində geniş yayılmışdı: “Biz qara boya alırdıq və qırmızı qalstuku rəngləyirdik”.
Türkmənabaddan olan müəllimə almaniyalı jurnalistə bunu etiraf edir.

Berdiməhəmmədov indi açıq rəngli pencəkdədir

Türkmənistanda indi yenidən portretləri dəyişdirirlər, başlıca fərq isə ondan ibarətdir ki, prezidentin qara rəngli pencəyi açıq rəngdədir.  Səbəbini isə heç kim rəsmi olaraq açıqlamır.

Mari vilayətindəki məktəblərdən birinin müəllimi deyir ki, artıq öz hesabına prezidentin portretlərini almaqdan usanıb. Onun sözlərinə görə, bunun üçün özü də yalnız xüsusi razılığı olan firmaların hazırladığı portretlər keçərli sayılır. Bir qayda olaraq bu firmalar yüksək vəzifəli məmurlar tərəfindən himayə olunurlar və gəlirdən öz hesablarılnı alırlar.

Portreti yeniləmək baha başa gəlir

Prezident portretinin reallaşdırılması vilayət administrasiyalarının baş təhsi idarələrinin nəzarəti ilə həyata keçirilir. 
“Məmurlar sakit dayanmağa imkan vermirlər və tələb edirlər ki, biz öz hesabımıza portret yenilənməsini həyata keçirək”, – müəllimlərdən biri gileylənir. Onun sözlərinə görə, sinif otağı üçün Berdiməhəmmədovun portretini, dövlət gerbi və bayrağını, eləcə də prezidentin çıxışlarından sitatlar olan broşürləri əldə etməyə aylıq əmək haqqının üçdə birini sərf edirlər: “Mən pulu öz cibimdən ödəyirəm, digər həmkarlarım sərf etdiyi məbləğin bir hissəsini öz şagirdlərinin çiyninə qoyurlar. Ümumiyyətlə, hamı portret dəyişdirilməsinin nə demək olduğunu çox yaxşı başa düşür”.  Mari vilayətinin müəllimlərindən biri belə deyir.

Adamlar həyəcanla deyirlər ki, təşkilatların və müəssisələrin rəhbərləri həmin portreti almaq üçün məsələni çox ciddi qoyurlar. Əks halda, işinlə vidalaşmalısan. Türkmənistanda analoji olaraq qəzet və jurnallara abunə yazılmaq, ərazilərin yaşıllaşdırılması üçün şənbə iməciliklərinə çıxmaq da məcburidir. Prezidentin  kitablarını almaq, yaxud onun korteji keçərkən yol qıraqlarında sıralanmaq da artıq ənənəyə çevrilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər