Modern.az

Tramp aviaşirkəti çətin duruma saldı  

Tramp aviaşirkəti çətin duruma saldı   

Dünya

29 Yanvar 2017, 22:39

“Emirates" aviaşirkəti heyətlərinin tərkibini dəyişmək məcburiyyətində qalıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, aviaşirkət ABŞ prezidenti Donald Trampın fərmanından sonra bu addımı atmaq zorunda qalıb.

Məlumata görə, şirkət sərnişinlərə müraciət edərək  biletləri yenidən bronlaşdırmağı və yaxud kompensasiya almağı təklif edib.

Qeyd edək ki, D. Trampın imzaladığı fərmana görə, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olması qadağan edilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır