Modern.az

Banklar problemli kreditlərin xeyli hissəsindən əllərini üzüb

Banklar problemli kreditlərin xeyli hissəsindən əllərini üzüb

İqtisadiyyat

30 Yanvar 2017, 11:16

“Problemli kreditlərin həcmi 1 miyard 442 milyon manata çatıb”. Modern.az xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov öz şərhində bildirib.

O deyib ki, bu 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8.9 faizi deməkdir:

 

“Qeyd edək ki, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5 faiz ətrafında dəyişirdi. Bununla belə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür. Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli görünmürlər”.

 

İqtisadçı qeyd edib ki, kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq, növbəti aylarda da problemli kreditlərin həcmində artımlar qaçılmazdır:

 

“Tədqiqatlar göstərir ki, problemli kreditlərin xeyili hissəsi artıq “ümidsiz kreditlərdir”. Yəni, onların geri qaytarılması praktik olaraq mümkün deyil. Halbuki, 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank sadəcə problemli kreditlərin yarısı qədər məbləğı xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdi. Mərkəzi Bank kreditlərə güzəşt versəydi nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi. Bu isə o deməkdir ki, güzəşt tətbiq edilməyincə problemli kreditlərin həcmində artımlara davam edəcək”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı