Modern.az

İlham Əliyev: “Bizi nümunə kimi göstərirlər”

İlham Əliyev: “Bizi nümunə kimi göstərirlər”

İqtisadiyyat

30 Yanvar 2017, 14:37

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev Azərbaycanda güclü və fəal milli biznes sinfinin formalaşdığını bildirib.

“Əlbəttə, dövlət də bu sahədə öz dəstəyini əsirgəməyib. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğuluq və onlara həmişə siyasi və maddi dəstək verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir işi görmək mümkün deyil. Bir də ki, heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, - bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb”.


İlham Əliyev bildirib ki, hakimiyyətin siyasətinin məqsədi Azərbaycanı gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək və dayanıqlı inkişafa nail olmaqdır.

“Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın”.

Dövlət başçısı vurğulayıb ki, sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulub, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulub.

Azərbaycanda biznes strukturlarına dövlət tərəfindən göstərilən yardıma toxunan Prezident deyib:

“Bizim təcrübəmizdən indi bir çox ölkələr istifadə edirlər və bizi nümunə kimi göstərirlər. Ona görə infrastruktur layihələri, onunla paralel olaraq biznes mühitinin yaxşılaşdırılması, biznesə göstərilən diqqət və əlbəttə ki, sosial infrastrukturun yaradılması vahid bir proqram çərçivəsində uğurla icra edilir”.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür