Modern.az

Yaponiyadan yayılan radiasiya Çinə çatıb

Yaponiyadan yayılan radiasiya Çinə çatıb

29 Mart 2011, 11:57

Yaponiyanın “Fukişima” atom reaktrından havaya qarışan radioaktiv maddələr Çinin 6 əyalətində müəyyənləşib.
Modern.az saytı xarici mətbuata istinadən bildirir ki, Zejiang, Jiangsu, Anhui, Quanqdonq və Quanqxi Zuanq Özərk bölgələrinin bəzi hissələrində aşağı nisbətlərdə radiasiyaya rast gəlinib.

Havada radioaktiv iyodun 131 olduğu bildirilsə də, bu maddələrin hər hansı tədbir alınmayacaq qədər az olduğu qeyd edilib.

Çin Milli Atom Enerji Kordinasiya Komitəsi ətraf mühitin radiasiyadan təsirlənmədiyini və əhalinin sağlamlığı üçün qoruyucu tədbirlərin alınmasına ehtiyac olmadığını bildirib. Onlar eyni zamanda bu vəziyyətin hər hansı qarşılıqlağa səbəb olmamasının vacibliyini qeyd edərək məlumatların internet vasitəsilə xalqa açıq olduğunu da deyiblər.

Xalq arasında, sosial şəbəklərdə və forumlarda isə radiyasiyadan qorunmağın yolları ilə bağlı yazılar və ipucları verilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu